Bu gün, 25 yanvar tarixində Qızıl Aypara Sumqayıt şəhər bölməsi İlk Yardım təlimini keçirib. Bu haqda Cəmiyyət öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, təlim Sumqayıt şəhər Avtomobil məktəbinin yataqxana icmasında keçirilib. 5 nəfər bölmə könüllüsü 15 nəfər icma sakininə İlk Yardım üzrə məlumatlar verib.
Təlim iştirakçılarına şəxsi təhlükəsizlik, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yanıqlar və digər mövzular haqqında məlumat verilib.