Bu gün, şəhid Kənan Əhmədovun mövlud günüdür. Bu haqda Sumqayıt24 məlumat verir.
Kənan Əhmədov 1995-ci il, fevralın 15-də Şəmkir rayonu Yuxarı Çaykənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi döyüşlərinə qoşulub, Füzuli və Cəbrayıl rayonu istiqamətində döyüşlərdə şücaət nümayiş etdirib. 26 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Əhmədov “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.