Ramil Elşən oğlu Quliyev 1991-ci il yanvar ayının 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2000-ci ildən təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada alıb.
2015-ci ilin iyul ayında hərbi xidmətə gedib, hərbi xidmətdə baş atıcı olub. Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə fəal iştirak edib və 2016-cı ilin iyul ayında hərbi xidmətini bitirib.
Vətən müharibəsinə könüllü olaraq qatılan Ramil 22 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.