Bu gün, 31 avqust şəhid Tərlan Məmmədovun doğum günüdür.
Tərlan Müşviq oğlu Məmmədov 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbdə 9 il təhsil alıb. 2020-ci il sentyabrın 27-si Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Səngərdə boynundan qəlpə yaraları alaraq oktyabrın 8-si qəhrəmancasına şəhid olub. Məmmədov ölümündən sonra "Vətən uğrunda" və " Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.