Bu gün üç qız atası olan şəhid Eldar Abdullayevin doğum günüdür.
Eldar Abdullayev 23 iyul 1981-ci ildə Sumqayıtda anadan olub. Baş gizir olan hərbi tibb qulluqçusu müharibə zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib.
O, 18 oktyabr 2020-ci ildə Zəngilan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Abdullayev ölümündən sonra “Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.