Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları Sumqayıtda üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.