Sumqayıtda ting paylama aksiyası keçiriləcək. Sumqayıt24 bu haqda bu gün, 10 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, tədbir bu gün saat 13:00-da Üzeyir Hacıbəyov küçəsi 23-də (Araz Superstore) keçiriləcək.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketləri şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.