Bu gün Vətən müharibəsi şəhidi Sabir Əbdürrəhmanlının mövlud günüdür. Onun 24 yaşı tamam olacaqdı.
Sabir Sumqayıt şəhərində 1998-ci il 9 mart tarixində anadan olub. O, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əbdürrəhmanlı 8 oktyabr tarixində Füzuli döyüşləri zamanı şəhid olub və doğma şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Sabir Əbdürrəhmanlı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.