Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində dünyaya göz açıb. Azərbaycan Ordusunun mayoru olan Şükürov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anar oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.