Əzizağa Ramiz oğlu Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. O, Vətən müharibəsində igidlik göstərib və Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı həlak olub. Qəhrəmanımız Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Dadaşov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.