Sumqayıtda ödənişsiz hüquqi yardım göstəriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi məlumat yayıb.
“Açıq qapı" günü dekabrın 10-da Sumqayıt Regional Vəkil Bürosunda keçiriləcək. Aksiya saat 09:00-dan 18:00-dək davam edəcək. Aztəminatlı şəxslər pulsuz hüquqi yardım almaq üçün vəkil bürosuna müraciət edə bilərlər.
Qeyd edək ki, layihə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil olunacaq.