Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdi müsabiqənin qalibi olub. Sumqayıt24 bu haqda 8 iyul tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Məktəbin saz sinfinin 3-cü sinif şagirdi Nərmin Məmmədli məktəblilər arasında keçirilən "Könlüm keçir Qarabağdan" adlı Respublika müsabiqəsində uğurla iştirak edib. O, "Xalq çalğı alətləri" nominasiyası üzrə 1-ci yerə layiq görülüb.
Şagirdi müsabiqəyə müəllimi Nurlan Məmmədli hazırlayıb.