Sumqayıt bulvarı ərazisində avtobus çatışmazlığı var. Bu barədə 7 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Burada bir neçə yaşayış kompleksi tikilib və əhali günü-gündən çoxalır. Lakin əraziyə yalnız 6 nömrəli marşrut xətti çalışır. Avtobusların aztutumlu olması, habelə şəhərin bir çox yerlərindən keçməməsi sakinlərə çətinlik yaradır.
“Şərq” bazarı tərəfə getmək üçün iki dəfə marşrut dəyişməli oluruq. Bu isə həm pulumuzu, həm də vaxtımızı alır”, - vətəndaşlar bildirirlər.