Sumqayıtın yaşıllaşdırılması istiqamətində addımlar atılır. Bu haqda 17 dekabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Dənizkənarı bulvar ərazisində dekabr və yanvar aylarında 1500 ədəd ağacın əkilməsi nəzərdə tutulub. Ağaclar artıq “Sumqayıt Bulvar” MMC-yə təhvil verilib və onların əkininə başlanılıb.
İşlər ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verir.