Sosial şəbəkələrdə məşhurlaşan Sumqayıtın o gözəl səsi ilə eksklüziv müsahibə apardıq.
Dünəndən sosial şəbəkələrdə paylaşılan bu videonun qəhrəmanı Sumqayıtın “Sevgilim” şadlıq sarayında xadimə işləyən Xatirə Rzayevadır.
Xatirə xanımın qızı Sumqayıtda tələbədir, o da qızının yanında olmaq üçün şəhərimizə gəlib. İşləyib ailəsinə dəstək olmaq istəyib və bu səbəbdən şadlıq sarayına işə düzəlib.
Məşhurlaşdığı o videonun necə ərsəyə gəldiyi haqqında elə Xatirə xanımdan öyrəndik: