C.Cabbarlı adına mədəniyyət evində “Hüquqlarımızı bilək” adlı dəyirmi masa keçirilib. Bu haqda bu gün, 16 iyun tarixində Sumqayıt24 xəbər verir.
“İnsan hüquqları aylığı” çərçivəsində təşkil edilən tədbirə insan hüquqları və azadlığının qorunması barədə müzakirələr aparılıb. Dəyirmi masa iştirakçıları müstəqilliyin bərpa edilməsindən sonra insan, vətəndaş hüququ və azadlıqlarının müdafiəsi üçün zəruri qanunvericilik bazasının yaradılmasını və bu sahədə aparılan islahatlar haqqında danışıblar.