Sumqayıtda "Yol hərəkəti qaydalarını öyrənək" adlı maarifləndirici tədbir keçirilib. Bu haqda bu gün, 6 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər veririk.
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbir C.Cabbarlı adına mədəniyyət evində təşkil edilib. Seminar kurs və dərnək üzvləri üçün interaktiv müzakirə şəraitində keçirilib.
Tədbir zamanı gənclərə ictimai nəqliyyatda və dayanacaqda davranış qaydaları, yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və s. barədə məlumat verilib.