Sumqayıt poliqonunda 2 tondan çox məhsul məhv edilib. Bu haqda bu gün, 24 iyun tarixində AQTA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, “Camal LTD” MMC-nin 2210 kq müxtəlif növ qida məhsulları utilizasiya edilib. Ərzaqlar “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.