Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyev üçüncü dəfə əməliyyat olunub. Bu haqda 11 noyabr tarixində Sumqayıt24 Bizim.Media-ya istinadən məlumat verir.
Yeniyetmənin bibisi Qərənfil Əliyeva bildirib ki, Aslan Əliyev bu dəfə də boynundan əməliyyat olunub. Əməliyyat 2 saatdan çox çəkib. Hazırda o reanimasiyadadır.
Q. Əliyeva qeyd edib ki, Aslan Əliyevi bundan sonra daha iki ağır əməliyyat gözləyir:
“Uşağın bir qulağını da amputasiya etdilər. Dünən isə üçüncü dəfə boynundan əməliyyat olundu. Sağlam damarı qalmayıb. Başı nə sağa, nə sola çevrilir. Bundan ağır və dəhşətli acı ola bilməz. Əməliyyatdan sonra boynundan qanaxması başlayıb. Vəziyyəti ağırdır”.
Xatırladaq ki, Aslan 19 gündür ki, “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır.