Sumqayıtda 15 fevral saat 12:00-da, Əməkdar İdman Ustası Elvin Məmişzadə ilə görüş keçiriləcək.
“Çempionumuz” layihəsinin qonağı boks üzrə Avropa çempionatlarının gümüş və bürünc medal mükafatçısı, 2015-ci ildə Dohada keçirilən dünya çempionatının və Bakı I Avropa Oyunlarının qalibi, XXX və XXXI Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Şəhər 9 saylı orta məktəbdə keçiriləcək görüşdə yaxından iştirak edərək, çempionumuza suallar ünvanlaya, onunla həmsöhbət ola bilərsiniz.