Çerkassı küçəsində işıqforlar işləmir. Bu barədə 10 avqust tarixində Sumqayıt24-ün izləyiciləri xəbər veriblər.
Problem küçənin 48-ci məhəllə ərazisinə düşən hissəsində müşahidə olunur. Verilən məlumata görə, burada olan dörd işıqfor artıq iki gündür ki, qoşulmur. Bu isə sürücüləri çaşbaş salır və qəza təhlükəsi yaradır.