Ceyranbatan qəsəbəsində 3 nəfər köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda bu gün, 11 mart tarixində Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Nazirliyin "112" qaynar xəttinə həmin şəxslərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşlara yardım göstəriblər.