Ceyranbatan qəsəbəsində ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi saytına istinadən xəbər veririk.
Bu dəfə tədbir qəsəbənin Uşaq incəsənət məktəbində təşkil olunub. Tədbirdə məktəbin xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri iştirak ediblər. Burada, onlar Aşığın sözlərinə bəstələnmiş mahnılar, dastan və saz havaları səsləndiriblər.