Ceyranbatan qəsəbə sakini, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bu haqda bu gün, 21 yanvar tarixində Baş Prokurorluq məlumat yayıb.
Hadisə 19 yanvar saat 14:00 radələrində baş verib. Belə ki, 40 yaşlı Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünü təmir edirdi. Bu zaman o, 1 metr hündürlüydən keçən elektrik naqilinə toxunub və nəticədə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.