Ceyranbatan qəsəbəsində qəza baş verib. Xəsarət alan var. Bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, avtomobil, yolu keçən 39 yaşlı Ramil Nağıyevi vurub. Piyada xəsarət aldığı üçün Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun sağ incik və kürək sümüyünün sındığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.