Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib. Bu haqda bu gün, 13 iyun tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan təhsil müəssisəsində “Şuşa İli”nə həsr edilən konsertdən öncə tədbir iştirakçıları rəsmlərdən ibarət sərgiyə baxış keçiriliblər.
Tədbirin bədii hissəsində məktəbin şagird və müəllimləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.