Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbi növbəti dəfə uğurla təmsil olunub. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Məktəbin şagidləri "Europe-Asia Festivale" Beynəlxalq müxtəlif janrlı onlayn müsabiqədə iştirak edib. Nəticələrə əsasən 3-cü sinif şagirdləri Məhəmməd Məmmədli (qarmon) və Urfan Nərimanlı (saz) I dərəcəli Laureat adına, 4-cü sinif şagirdlər Caməd Həsənzadə (fortepiano), İlahə Kazımova, Sevinc Qəhrəmanova, Mədinə Əmiraslanova və Fidan Rəhim (hər biri xoreoqrafiya üzrə təhsil alır) II dərəcəli Laureat adına layiq görülüblər.
Qeyd edək ki, müsabiqə Azərbaycan, Latviya, Estoniya, Litva və Qazaxıstanın dəstəyi ilə keçirilib.