Ceyranbatan qəsəbəsində uşaq mənzildə köməksiz qalıb. Sumqayıt24 bu haqda 21 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatdan sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ünvana cəlb olunublar. Onlar giriş qapısının açılmasını və azyaşlının təhlükəsizliyini təmin ediblər.