Ceyranbatan qəsəbəsindəki 2 nömrəli məktəbdə şagird sıxlığı yaşanır. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Təhsil ocağı 2006-cı ildə istifadəyə verilib və 240 şagird üçün nəzərdə tutulub. Hazırda isə burada 960 uşaq təhsil alır. Bu səbəbdən dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir. Burada isə istilik və şəraitsizlik problemi yaşanır.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Xezerxeber.az-a açıqlama verilib. Bildirilib ki, sıxlığın başlıca səbəbi əhali sayının artmasıdır. Bununla bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb. Ambulator korpusa gəldikdə isə istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.