Ceyranbatan qəsəbəsində həyətyanı sahədə yanğın olub. Sumqayıt24 bu haqda 3 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə gecə saatlarında qeydə alınıb. Əraziyə dərhal FHN-in əməkdaşları cəlb olunublar. Alovun qarşısı alınıb. Nəticədə 400 kv.m sahədə qamışlıq və müxtəlif növ meyvə ağacları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.