Körpə yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb. Sumqayıt24 bu haqda 13 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə Ceyranbatan qəsəbəsində baş verib. Nəticədə 1 yaşlı S. Osmanov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.
Araşdırma aparılır.