Ceyranbatan qəsəbə məktəbinin məzunu ABŞ-da tam təqaüdlə doktorantura pilləsində təhsil alacaq. Bu haqda bu gün, 16 aprel tarixində Qafqazinfo xəbər verib.
Məlumata əsasən, Rəşad Əhmədov Ceyranbatan qəsəbə 1 nömrəli məktəbində təhsil alıb. Hazırda o, Bakı Ali Neft Məktəbinin (BANM) V kurs tələbəsidir.
Əhmədov ABŞ-ın 4 universitetinin birbaşa doktorantura pilləsinə təqaüdlə (90.000 dollar) qəbul alıb və Roçester Universitetini seçib.
Rəşad 2017-ci ildə BANM-a 677 balla daxil olub.