Xırdalan şəhəri, Quşçuluq massivi, Həsən Əliyev küçəsi 38 ünvanında yağış suları dolaraq kanalizasiyasının daşmasına səbəb olub. Daşan kanalizasiya suları isə Ceyranbatan su anbarına tökülür.
Axar.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu göndərilib.
Agentlik isə məsələni təkzib edib:
“Kadrlardan da görünür ki, yığılan yağış sularıdır. Göllə suyun töküldüyü yer arasında böyük bir torpaq bənd var. Yəni axan suların gölə qarışma ehtimalı yoxdur. Yağış zamanı axan sular Ceyranbatan gölünün qırağında nasosxanaya toplanır, oradakı stansiya vasitəsilə Xırdalanın çirkab su xətlərinə ötürülür”.