Ceyranbatan qəsəbəsində minik avtomobilində yanğın baş verib. Sumqayıt24 bu barədə 24 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Hyundai” markalı avtomobilin mühərrik hissəsi yanıb. FHN-in yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb.