top
Ceyranbatanda avtoxuliqanlıq edən sürücü 2 nəfəri BIÇAQLADI
05 noyabr 2025, 10:07
- ↺ +

Ceyranbatanda avtoxuliqanlıq edən sürücü 2 nəfəri BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ceyranbatan qəsəbəsində sərxoş taksi sürücüsü iki nəfəri bıçaqlayıb.

Oxu.az-ın məlumatına görə, qəsəbə sakini, 32 yaşlı Röyal Ağayev (soyad şərtidir) qəsəbə ərazisindəki "Türkan" kafesində spirtli içki qəbul edib və taksi kimi istifadə etdiyi avtomobilinə əyləşib.

O, kafenin qarşısında maşını qəfil və sürətlə hərəkət etdirərək avtoxuliqanlıq edib.

Həmin vaxt kafenin qarşısında dayanan qəsəbə sakinləri - Vüsal və İmamverdi ona etirazlarını bildiriblər. Röyal həmin şəxslərin iradından əsəbiləşərək, onlarla mübahisə edib.

Vüsal və İmamverdi ona "içkilisən, get, ayıl gələrsən" deyiblər və onu yola salıblar.
  
Hadisə yerindən uzaqlaşan Röyal bir neçə dəqiqədən sonra özü ilə bərabər 4 nəfər naməlum şəxslə yenidən həmin əraziyə qayıdıb və onları söhbətə çağırıb.

Röyalla birlikdə gələn 4 nəfər Vüsal və İmamverdi ilə əlbəyaxa davaya başlayıb. Bu vaxt Röyal özü ilə gətirdiyi bıçaqla Vüsal və İmamverdiyə zərbələr endirib.

 Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

 Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Röyal saxlanılıb.

 Faktla bağlı cinayət işi başlanıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 Məhkəmənin hökmü ilə V.Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər