Ceyranbatan qəsəbəsində panduslar yararsız vəziyyətdədir.
Sözügedən məsələ ilə bağlı vətəndaşlar Sumqayit24.az-a şikayətlərini bildiriblər.
Görüntülərdən də aydın olur ki, pandusların müəyyən hissəsinin bərpaya ehtiyacı var.
“Bura həm əlil şəxslərin, həm də uşaqlı valideynlərin araba istifadələri üçün yararlı deyil. Bir sözlə, belə vəziyyət gediş-gəlişdə müxtəlif problem yaradır”, - deyə şikayətçilərdən biri qeyd edib.
Vətəndaşlar aidiyyəti qurumlardan pandusların bərpa edilməsini tələb edirlər.