Novxanı çimərliyində hava qeyri-sabit keçəcək. Sumqayıt24 bu haqda 22 iyun tarixində Lent.az-a istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün sözügedən çimərlikdə suyun temperaturu 23-24 dərəcə təşkil edəcək. Buna baxmayaraq, dənizə üz tutan sakinlər gündüz saatlarında arabir güclənəcək şimal-qərb küləyinə rast gələ bilərlər.