Sumqayıtda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda görüş keçirilib. Sumqayıt24 bu haqda bu gün, 27 may tarixində DünyaTV-yə istinadən xəbər verir.
Müşavirə FHN-in Sumqayıt Regional Mərkəzi və qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə baş tutub. Burada, xidmətin, icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Çıxış edən icra hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev və FHN-in Sumqayıt Regional Mərkəzinin rəis müavini Rəhim Quliyev çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu və digər işlərdən danışıblar.
Sonda isə çimərliklərdə keçirilən monitorinqin nəticələrini açıqlanıb.