Hidrometeoroloji Proqnozlar Bürosu çimərliklərə gedən əhalini ehtiyatlı olmağa çağırıb. Sumqayıt24 bu haqda 28 iyul tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, Sumqayıt və Novxanı çimərliklərində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə olduğu halda, dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.