Corat qəsəbəsinin sahilində iməcilik işləri aparılıb. Sumqayıt24 bu barədə 13 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
İşlər Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə əlaqədar təşkil olunub. İcra hakimiyyətinin, Sumqayıt bələdiyyəsinin, 4 saylı ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları, həmçinin könüllülər əraziyə səpilən müxtəlif növ tullantıları torbalara yığaraq kənarlaşdırıblar.