Corat mədəniyyət evində “Köksündə Vətən yürü, Azərbaycan əsgəri” adlı tədbir keçirilib. Bu haqda bu gün, 28 dekabr tarixində AZƏRTAC məlumat yayıb.
Tədbirdə Corat İcra nümayəndəliyi və qəsəbə bələdiyyəsi, "Ağsaqqallar" şurası və Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyi iştirak ediblər. Həmçinin, şəhid ailələri, qazilər və “Corat” idman klubunun nümayəndələri də şənliyə qatılıblar.
Tədbirdə mahnılar, qəzəllər, şeirlər səsləndirilib. Sonda "Şaxta baba" şəhid və qazi övladlarına bayram münasibətilə hədiyyələr təqdim edib.