Sumqayıtda direktor təyinatı olub. Sumqayıt24 bu haqda 24 fevral tarixində Gundem.az-a istinadən xəbər verir.
Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Corat qəsəbəsindəki 7 nömrəli məktəbə yeni direktor təyin olunub. Vəzifənin icrası Nuranə Hümbətovaya tapşırılıb.