Corat qəsəbəsində istirahət guşəsində təmir-bərpa işlərinə başlanılıb. Sumqayıt24 bu barədə 3 dekabr tarixində xəbər verir.
Qəsəbə bələdiyyəsinin yanında yerləşən parka tikinti materialları gətirilib. Hazırda istirahət guşəsinin kənarları qazılır. Əldə olunan məlumata əsasən, parkın ərazisi tamet daşları ilə döşənəcək, eləcə də heykəllər abadlaşdırılacaq.
[modula id="28099"]