Sumqayıtda qadın dəm qazından boğulub. Sumqayıt24 bu haqda bu gün, 14 mart tarixində APA-ya istinadən xəbər verir.
Məlumata əsasən, hadisə 38 yaşlı Vüsalə Məmmədkərimovanın yaşadığı Köhnə Corat qəsəbəsindəki evindədə baş verib. O, hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.