Qardaş ailə-məişət münaqişəsi zəminində bacısını güllələyib. Sumqayıt24 bu haqda Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Corat qəsəbəsində baş verib. Belə ki, M. Mirzəbabazadə bacısı R. Məmmədovanın döş qəfəsi nahiyəsinə odlu silahdan atəş açıb. Nəticədə qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğunu bildirilib.
Mirzəbabazadə şübhəli şəxs qismində saxlanılıb. Ondan qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.
Məlumata görə, bir müddət əvvəl Məmmədova həyat yoldaşını ataraq, başqasına qoşulub qaçıb. Qardaşı da məhs bu səbəbdən onu öldürmək istəyib.
Faktla bağlı araşdırma aparılır.