Corat qəsəbəsi abadlaşdırılır. Sumqayıt24 bu haqda 17 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
İşlər Sumqayıt şəhəri 2 nömrəli xəstəxanaya gedən yolda aparılır. Mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin əməkdaşları tərəfindən divarların fasadları suvanır, səki daşları rənglənir və ağaclar əkilir.