Corat qəsəbəsində yerləşən evlərin birində meyit aşkar edilib. Bu haqda bu gün, 5 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
FHN-ə daxil olan məlumata əsasən, bir nəfər evdə köməksiz vəziyyətdə qalıb. Əraziyə cəlb olunan qurumun əməkdaşları evin giriş qapısını açaraq orada 63 yaşlı Məhərrəm Məhərrəmovun meyitini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.