Corat qəsəbəsinin dəniz sahilində təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 28 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk.
Məlumata əsasən, iməcilik işlərinə nazirliyin, Bakı Apellyasiya Məhkəməsinin nümayəndələri və ekokönüllülər qatılıblar. “Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında 5 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib. Toplanan tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.