top
Corat sakinlərini təngə gətirən PROBLEMLƏR
30 may 2025, 04:21
- ↺ +

Corat sakinlərini təngə gətirən PROBLEMLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtın “Corat bağları” yaşayış massivinin sakinləri kanalizasiya sistemindəki nasazlıqlar, yararsız yollar və su təchizatındakı problemlər səbəbindən çətinlik çəkirlər.

Baku TV-nin məlumatına görə, ərazidəki kanalizasiya xətlərində yaranan nasazlıq nəticəsində çirkab sular küçəyə axır. Bu səbəbdən ətrafa üfunət qoxusu yayılır.

Sakinlər bildirirlər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem yalnız müvəqqəti olaraq aradan qaldırılır.

“Heç kim həyətində oturub çörək yeyə bilmir. Bura qonaq da gəlmir, deyirlər, biz bura necə gələk, siz nə haldasınız?!”, – sakinlərdən biri söyləyib.

Həmçinin şikayətçilərin sözlərinə görə, axşam saat 21:00-dan sonra əraziyə marşrut avtobusları daxil olmur.

Ərazidəki problemlərlə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur bildirib ki, hazırda ərazidə asfaltlama işləri aparılmasa da, gələcək sosial planlamaya uyğun olaraq bu məsələ diqqətdə saxlanılır.

AYNA-nın mətbuat katibi Tural Orucov isə qeyd edilib ki, Corat bağlarını 76-cı məhəllə ilə birləşdirən 33 nömrəli marşrut xətti üzrə 10 avtobus 8 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrutun pasportuna əsasən, avtobus saat 06:00-dan saat 22:00-dək fəaliyyət göstərir.

Belə ki, sonuncu avtobus “Corat Bağları” dayanacağından saat 21:20-də yola düşür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək şəbəkənin fəaliyyəti bərpa edilib. Amma şikayətçilər problemin hələ də qaldığını, çirkab sularının ətrafa yayılmağa davam etdiyini qeyd ediblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Oxşar xəbərlər