Sumqayıtda qanunsuz tikinti işlərinin aparıldığı məlum olub. Sumqayıt24 bu haqda 3 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən yoxlama keçirilib. Corat qəsəbəsində icazəverici sənədləri olmadan, yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla aparılan inşa işlərinin qarşısı alınıb.